Wyndham Garden Baku-ya xoş gəlmisiniz!
Bakıda unudulmaz iz qoymaq üçün mükəmməl seçim edin – 2023-cü ilin yanvarında açılmış, müasir və komfortlu Wyndham Garden Baku hotelində qalın.
Hotelimiz hava limanından və şəhər mərkəzindən cəmi 15 dəqiqəlik məsafədə yerləşir. Əsas idman obyektlərinə və turistik məkanlara yaxın olması onu həm işgüzar səfərlər, həm də istirahət üçün ideal seçimə çevirir.
İstər iş, istərsə də istirahət məqsədilə gəlmiş olasınız, 24 saat fəaliyyət göstərən idman zalımız, qızdırılan qapalı hovuzumuz, spa mərkəzimiz – fin və rus saunaları, türk hamamı və masaj xidmətlərimiz sizə tam rahatlıq bəxş edəcək. Restoran və barlarımızda ləzzətli yeməklər və içkilərdən zövq ala bilərsiniz. İş görüşləri və tədbirləriniz üçün isə müasir multimedialı avadanlıqlarla təchiz olunmuş konfrans zallarımız xidmətinizdədir.
Wyndham Garden Baku hoteli yüksək xidmət keyfiyyətini və etibarlılığı təmin edən Azpetrol Ltd. MMC-nin bir hissəsidir.
Bizimlə qalaraq, Bakıda keçirdiyiniz hər anı unudulmaz edin!
Wyndham Garden təcrübəsini kəşf edin
100-dən çox peşəkar və mehriban komandamız, sizə mükəmməl qonaqpərvərlik təqdim etməyə hazırdır.
Bundan əlavə, qonaqların rahatlığı üçün hotel xüsusi transfer xidməti təqdim edir və sizi hava limanından və ya şəhər mərkəzindən hotelə cəmi 15 dəqiqə ərzində çatdırır.
Mükafat və davamlılıq sertfikartı
Wyndham Green sertifikatı, hotellərin ekoloji izlərini azaltmaq və əməliyyat səmərəliliyini artırmaq məqsədilə tətbiq olunan beynəlxalq proqramdır.
Bizim hotel bu təşəbbüsün bir hissəsi olaraq:
Hotelimizi seçməklə , siz də davamlı turizmi dəstəkləmiş olursuz. Biz, birlikdə gələcək nəsillər üçün daha sağlam bir dünya yaratmağa töhfə veririk. Davamlı turizm anlayışı ilə tanış olmaq və ekoloji təcrübələrimizi dəstəkləmək üçün sizləri Wyndham Garden Baku-ya dəvət edirik.
Wyndham Rewards-a Qoşulun
Eksklüziv üzv üstünlüklərindən yararlanın və dünyanın ən səxavətli mükafat proqramı ilə pulsuz gecələmə üçün xal qazanın.
Hər uyğun qalma üçün hər xərclənən dollar başına 10 xal və ya 1,000 xal – hansı daha çoxdursa, onu qazanın.
Pulsuz gecələmə 7,500 xaldan, endirimli gecələmə isə 1,500 xal və əlavə nağd ödənişdən başlayır
Turlarda, alış-veriş və əyləncə mərkəzində xal qazanın və istifadə edin.
Wyndham Garden Baku - Mükafatlarla Tanınan Hotel
Wyndham Award, Wyndham Hotels & Resorts şəbəkəsinin ən yaxşı performans göstərən hotellərini tanımaq üçün təsis etdiyi prestijli bir mükafatdır.
Mükafat almaq üçün hotellər müxtəlif meyarlar üzrə qiymətləndirilir, o cümlədən:
Bu mükafat bizim üçün böyük bir uğurdur və göstərdiyiniz dəstək sayəsində mümkün olmuşdur. Hotelimizdə qalaraq, siz də Wyndham Garden Baku-nun üstün xidmət standartlarını təcrübə edə bilərsiniz.
Bu mükafat bizim üçün böyük bir uğurdur və göstərdiyiniz dəstək sayəsində mümkün olmuşdur. Hotelimizdə qalaraq, siz də Wyndham Garden Baku-nun üstün xidmət standartlarını təcrübə edə bilərsiniz.